SON XƏBƏRLƏR

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astarada keçiriləcək. Bu haqda bu gün, 19 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Basketbol turnirində qruplar və təqvim müəyyənləşib. Yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Misir və Ukrayna, B qrupunda Çin, Çexiya və Avstriya, C qrupunda Polşa, Yuanda klubu və Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və “Neftçi” klubu yer alıb.

Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Astara mərhələsinin açılış oyunu mayın 20-də saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq.

Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, “Neftçi” klubunun oyunu isə saat 13:55-də Rumıniya seçməsinə qarşı olacaq.