Zirvə Astara BK basketbol liqasının 9-cu turunda məğlub olub. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Basketbol Federasıyasına istinadən xəbər verir.
Sərhədçi İdman Mərkəzində baş tutan oyunda Zirvə Astara BK Gəncə BK ilə qarşılaşıb. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada “Gəncə BK” 98-85 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.
Qeyd edək ki, Zirvə Astara BK heyətində ən məhsuldar basketbolçu 25 xal, 9 ribaund ilə Ruşard Kruikşenk olub.