İgidimiz Arif Qeybiyevin xatirəsinə həsr olunmuş ölkə yarışı keçiriləcək. Bu haqda bu gün, 8 sentyabr tarixində Cenublu.az Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir.
Şose qaçışı üzrə keçiriləcək yarışma Astara şəhər bulvarında 30 sentyabr saat 10:00-da baş tutacaq. 2-ci ölkə yarışlarında 2005-2006-cı il təvəllüdlü idmançılar 500 m (qızlar) və 1000 m (oğlanlar), 2007-2008-ci il təvəllüdlü idmançılar isə 300 m (qızlar) və 500 m (oğlanlar) məsafəyə qaçış üzrə yarışacaqlar.