SON XƏBƏRLƏR

Astara Olimpiya İdman Kompleksində 5 noyabr tarixində “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarış 5 noyabr 2022-ci il tarixində 3000 metr məsafəyə qaçış və turnikdə dartınma növləri üzrə  keçiriləcək. Yarışlarda 20-25 yaşlı gənclər iştirak edə bilərlər.

Qeyd edək ki, yarışlarda iştirak edib yüksək nəticə qazanan gənclərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında və Daxili Qoşunlarında işə götürülmədə üstünlük veriləcək.