SON XƏBƏRLƏR

Astarada “Sağlam bədəndə sağlam ruh” devizi altında 3000 metr məsafəyə qaçış və turnikdə dartınma növləri üzrə Astara rayonu birinciliyi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışlar Astara Olimpiya İdman Kompleksində 5 noyabr tarixində keçiriləcək. Yarışlarda iştirak edib yüksək nəticə qazanan gənclərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında və Daxili Qoşunlarında işə götürülmədə üstünlük veriləcək.

Qeyd edək ki, yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq keçiriləcək.