SON XƏBƏRLƏR

Astara Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub. Bu haqda bu gün, 26 oktyabr tarixində Azərbaycan Güləş Federasiyasının rəsmi saytında paylaşılıb.

Güləş üzrə qadınlardan ibarət olan milli komandanın məşqçisi Aslan Ağayev kompleksdə direktor olaraq fəaliyyətini davam etdirəcək.

Təyinat mərasimi zamanı çıxış edən Aslan Ağayev Astara Olimpiya İdman Kompleksinin qapılarının güləşçilərin üzünə açıq olduğunu bildirib.

Qeyd edək ki, Aslan Ağayev 2005 – 2016-cı illərdə sərbəst güləş üzrə yığmasının məşqçisi kimi fəaliyyət göstərib. 2017 – 2021-ci illərdə qadınlardan ibarət olan milli komandanın məşqçisi olub.