SON XƏBƏRLƏR

Astara rayon Ojəkəran kənd futbol meydançasında 22 avqust-19 sentyabr 2022-ci il tarixlərində şəhidlərin xatirəsinə həsr olunmuş Kijəbə qəsəbəsi üzrə futbol turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Turnirdə 10 komanda – “Ojəkaran” (Ojəkaran kəndi), “Gənclər” (Vovada  kəndi), “Təzəkənd” (Təzəkənd kəndi), “Xəzər” (Burzubənd kəndi), “Lovayn” (Lovayn kəndi), ”Mübariz” (Aşağı məhəllə kəndi), “Leqend” (Kijəbə qəsəbəsi), “Tüləgüvan” (Tüləgüvan kəndi), “Vəfalı” (Deqədi kəndi), “Şindan” (Türkoba məhəlləsi-Kijəbə qəsəbəsi) iştirak edib.

İlk oyunda – “Ojəkaran”-“Təzəkənd” komandalarının qarşılaşmasında  topları şəhid ataları – şəhid Kənan Dadaşovun atası, rayonun Düriyyə kənd sakini Həsrət Dadaşov və şəhid Tarif Cəfərovun atası, rayonun Vovadə kənd sakini Qədim Cəfərov vurublar.

Turnirin nəticələrinə görə:

  • I yerə “Ojəkəran”;
  • II yerə “Tüləgüvan”;
  • III yerə isə “Təzəkənd” və “Lovayn” komandaları layiq görülüblər.

Qalib komandalara diplom, kubok və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, turnir Astara rayon Gəncər və İdman İdarəsinin, Astara RİH-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Cənub Regional Futbol Federasiyasının və Kijəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər