“Astara” FK Region liqası çərçivəsində səfər qələbəsi qazanıb.
“Qobustan” FK ilə qarşılaşan komandamız səfərdən 3 xalla geri dönüb. Komandamızın üstünlüyü ilə gedən matç Salyanın Qaraçala stadionunda keçirilib. Oyunun 15-ci dəqiqəsində T.Qasımov, 70-ci dəqiqəsində isə M.Bədəlbəyli fəqləniblər.
Turnirin 2-ci oyunundan sonra “Astara” FK 3 xal toplayıb.
Komandamıza sonrakı oyunlarda uğurlar arzu edirik!