“Astara” FK yeni sezona ilk transferi ilə başlayıb. Bu haqda bu gün, 29 oktyabr tarixində futbol klubunun rəsmi İnstagram hesabında paylaşılıb.
Region liqasında iştirak edəcək “Astara” FK öz heyyətini profesional liqa təcrübəsi görmüş qapıçı ilə genişləndirib. 22 yaşlı Mövlan Kərimov Xəzər Lənkaran, Neftçi, Səbail, Araz Naxçıvan kimi komandaların qapısını qoruyub.
Qeyd edək ki, 30 oktyabr Region liqasının ilk turunda “Astara” FK ilə “Xan Lənkəran” FK qarşılaşacaq.