SON XƏBƏRLƏR

“Astara” FK səfər oyununda 2 qolla 3 xal qazanıb. Bu haqda məlumat bu gün, 22 noyabr tarixində “Astara” FK-nın rəsmi İnstagram səhifəsində paylaşılıb.

Region liqasının lV tur çərçivəsində “Astara” FK Masallının “Ərkivan” FK ilə qarşılaşıb. 80 dəqiqə qolsuz keçən matçda Astara təmsilçisi ilk öncə 82-ci dəqiqədə T.Qasımovun, 90+2-ci dəqiqədə M.İsmayılovun qolları ilə oyunu qazanıblar.

4 tur sonra “Astara” FK 9 xalla 2-ci yerdədir. Komanda turnir ərzində 9 qol vurub və qapısında 4 qol görüb.