SON XƏBƏRLƏR

Lənkəranda “Zəfər günü”nə həsr olunmuş budo döyüşləri üzrə keçirilən turnirə yekun vurulub. Bu haqda məlumat Astara Rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində dərc edilib.

Astara şəhərində yerləşən “Zirvə” Beynalxalq İdman klubunun multifunksional və universal Basketbol arenasında keçirilən turnirdə ümumilikdə 8 klubu 123 idmançı təmsil edib.

Turnir Astara rayon Gənclər və İdman İdarəsinin, Astara Rayon Polis Şöbəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilib.

Yarışda Astara, Horadiz, Füzuli, Lənkaran rayonlarından və Bakı şəhərinin komandaları iştirak ediblər.

Sonda qaliblər Astara Rayon Polis Şöbəsinin birgə təsis etdikləri diplomlar və medallar ilə təltif olunublar.