Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Bakı şəhərində Azərbaycan Boks Federasiyasının idman zalında boks üzrə 14-16 yaşlı yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində komandamızın idmançısı Bilalhəbəşi Nəzərov (46 kq) yarışda qızıl medal qazanıb və yarışın “Ən yaxşı boksçu” adına layiq görülüb. Komandamızın digər üzvü Əli Məmmədov (44 kq) isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, idmançılar Astara Boks Mərkəzinin Boks üzrə məşqçi müəllimləri Ayaz Baxşıyevin və Hünər Süleymanovun yetirmələridir.