Azərbaycan Həvəskarlar Futbol Federasiyası 2022-2023-ci illər mövsümünün XXIV ölkə birinciliyi çərçivəsində növbəti turun oyunlarında “Ərkivan” futbol klubu səfərdən qələbə ilə geri dönüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Bakı şəhərində, “Abşeron OİK” stadionunda “Gənclər FM” (Bakı) komandası ilə qarşılaşmada masallılılar rəqib qapısından 4 cavabsız top keçiriblər. Gənc futbolçulardan Rəfail Həsənov, Rəhman Murtuzayev, Hüseyn Bayramov və Ruslan Tağızadə fərqləniblər.
Beləliklə, üçüncü oyununu da qələbə ilə başa vuran “Ərkivan” FK “D” qrupunda 9 xalla liderliyini möhkəmlədib.
Masallı təmsilçiləri növbəti oyunlarını səfərdə, 28 may tarixində “Atletik” (Bakı) ilə keçirəcəklər.