AFFA-nın Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən “Ərkivan” FK-nın rəqibi bəlli olub. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
7 may saat 22:00-da baş tutacaq oyun paytaxtda keçiriləcək. Təmsilçimiz “Bakı Atletik” FK ilə səfərdə ilk oyununa çıxacaq. Oyun “ASK Arena”da baş tutacaq.