SON XƏBƏRLƏR

Lənkəran, Masallı və Cəlilabadda yanvar ayının ikinci həftəsində keçiriləcək idman yarışlarının tarixi məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.

Belə ki:

  • 11-12 yanvar saat 14:00-da Lənkəranın “Zirvə” İdman Klubunda “Heydər Əliyev ili”nə həsr olunmuş ağır atletika üzrə yeniyetmələr arasında açıq rayon birinciliyi;
  • 14 yanvar saat 10:00-da Masallı şəhər 2 saylı tam orta məktəbində cüdo üzrə ustad dərsləri;
  • 14-15 yanvar saat 11:00-da Masallı rayonu, Ərkivan qəsəbə Mədəniyyət Evində yunan-Roma güləşi üzrə rayon birinciliyi;
  • 14-15 yanvar saat 10:00-da Cəlilabad UGİM-in boks zalında boks üzrə rayon birinciliyi keçiriləcək.