SON XƏBƏRLƏR

Lənkəranlı çempion gənclər və könüllülər ilə öz təcrübəsini paylaşaçaq. Bu haqda bu gün, 6 dekabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Boks üzrə keçirilən Azərbaycan çempionatının 6 qat çempionu olmuş İsmət Eynullayev, Ağaxan Quliyev adına Lənkəran rayon Hirkan qəsəbə tam orta məktəbində şagirdlərlə görüşəcək.

7 dekabr saat 11:00-da baş tutacaq tədbirdə Dünya və Avropa çempionatının mükafatçısı İsmət Eynullayev qonaqların suallarını cavablandıracaq.

Sizdə bu görüşdə iştirak etmək istəyirsinizsə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsi əlaqə saxlaya bilərsiniz.