SON XƏBƏRLƏR

Kənd məktəblərində Zəfər gününə həsr olunmuş “Zəfər Yarışı” bilik yarışması keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışma 5 noyabr saat 11:00-da 5 kənd məktəbi şagirdləri arasında Lənkəran rayonunun R.Həsənov adına Viravul kənd 1 nömrəli tam orta məktəbində baş tutacaq.

Qeyd edək ki, yarışma Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.