SON XƏBƏRLƏR

Lənkəran və Masallıda “Smart xanım” layihəsi üçün qeydiyyat başlayıb. Bu haqda məlumatı Lənkəran Dövlət Universitetinin rəsmi Facebook səhifəsi verib.

Əsas məqsəd sahibkarlıqla məşğul olmaq və öz ideyasını reallaşdırmaq istəyən xanımalara dəstək olmaqdır.

Layihə 4 mərhələdən ibarətdir:

  1. “Kəşf et” – Regionlarda 1 günlük canlı tədbir (tanışlıq və izah üçün)
  2. “Öyrən” – İnkişaf proqramı (online təlimlər, mentorlarla görüş)
  3. “Tətbiq et” – Layihə üzərində iş (ideyanın layihəyə çevrilməsi üçün mentorlarla onlayn və fiziki görüşlər)
  4. “Parla” – 3 günlük Bootcamp tədbiri ( layihələr arasında dəstək üçün ən yaxşı 3 layihənin seçilməsi).

Layihədə iştirak etmək üçün şərtlər:

  • 18 yaşdan yuxarı öz işini qurmaq motivasiyası olan istənilən qadın
  • Yalnız Lənkəran və ya Masallı rayonundan olmalıdır
  • Tək yaxud qrup halında öz regionunda biznes yaratmaq və yaxud mövcud biznesini təkmilləşdirmək istəyi olmaq

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1UVbc1Ez2hZ_ZTUZbNyFtZUTxJYDcxXD65DxNePxWNyI/viewform?edit_requested=true

Müraciət üçün son tarix 25 dekabrdır.

Əlavə məlumat üçün: [email protected] və ya (994 55) 917-52-02.

Qeyd edək ki, proqrama qoşularaq regionu tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza bilikləri və öz biznes ideyasını real biznesə çevrilməsi üçün şans qazanacaqsınız. Qalib olan 3 ideyanın biznesə çevrilməsi üzrə dəstək təmin olunacaq.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər