SON XƏBƏRLƏR

Təhsil Nazirliyinin keçirdiyi “Zəfər ilinin müəllimi” layihəsi başlayır. Bu haqda məlumatı bu gün, 5 oktyabr tarixində Lənkəran şəhər Təhsil şöbəsinin rəsmi Facebook səhifəsi verib.

İlin sonunadək davam edən layihə çərçivəsində 44 günlük Vətən müharibəsində döyüşən və şəhid olan müəllimlər haqda posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanması və #ZəfərİlininMüəllimi həştəqi altında yayımlanması nəzərdə tutulur.

Həmçinin, istənilən şəxs sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər.

Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.