SON XƏBƏRLƏR

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Masallıdan olan balacalara bayram hədiyyələri göndərilib. Bu haqda bu gün, 29 dekabr tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və “Gözəl Yaşam” Mərkəzi xeyirxah dostları ilə bərabər bayramlar ərəfəsində həssas qrupdan olan körpələri sevindirmək üçün kitab və hədiyyələri Masallı rayonuna göndəriblər.