SON XƏBƏRLƏR

Lənkəranda “Biznes planın hazırlanması və modulları” mövzusunda ödənişsiz təlim keçiriləcək. Bu haqda bu gün, 7 oktyabr tarixində Lənkəran KOB İnkişaf Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran KOBİM tərəfindən keçiriləcək təlim 8 oktyabr tarixində saat 10:00-da baş tutacaq. Görüşdə təlimçi İlkin Muradovun iştirakı ilə mikro, kiçik və orta bizneslə məşğul olan sahibkarlara və yeni biznesə başlamaq istəyənlər iştirak edə bilərlər.

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/qDYUQJ9uXb34eZW48

Ətraflı məlumat əldə etmək üçün +994 77 271 25 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.