Futzal üzrə keçiriləcək İkinci liqada “Xan Lənkəran”ın rəqibi müəyyən olub. Bu haqda Azərbaycan Futzal Federasiyasının rəsmi saytında paylaşılıb.
Püşkatma mərhələsi başlamazdan öncə “Anım Günü” ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra, Bakı İdman Sarayında keçirilən püşkatma mərhələsi baş tutub. Ilk turda “Xan Lənkəran”ın rəqibi Bakı təmsilçisi olan “Rəvan” klubu olacaq.
Qeyd edək ki, İkinci liqaya oktyabrın 10-da start veriləcək.