SON XƏBƏRLƏR

Cənubun fırtınalar meydanına futbol həyəcanı geri dönür. Bu haqda “Xan Lənkəran” FK-nun İnstagram səhifəsində paylaşılıb.

Oyun 26 sentyabr saat 16:30-da Xəzər Lənkəran Mərkəzi stadionunda keçiriləcək. Lənkəranın “Xan Lənkəran” FK ilə Bakının “Maskovski” FK klubları arasında yoldaşlıq oyunu keçiriləcək.

İlk yoldaşlıq oyununda 12 sentyabr tarixində Lənkəranın “Xan Lənkəran” FK ilə Zəngilanın “Çinar” FK qarşılaşıb. Oyunu yüzlərlə azərkeş izləyib.