Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçığı və BMT-nin dəstəyi ilə müsabiqə keçirilir.
Xəzər dənizini və ətraf mühiti qorumaq məqsədi ilə keçirilən müsabiqədə qalibləri mükafat gözləyir. “Xəzəri birgə qoruyaq” adlı videoçarx müsabiqəsinə start verilib.
Müsabiqənin mövzuları:
– dənizə çirkab suların axıdılmasın qarşısının alınması;
– sahil ərazilərində tullantıların düzgün idarə olunması;
– qanunsuz balıq ovu ilə mübarizə
Tələblər:
– İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
– Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır;
– Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır;
– Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər;
– Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməlidir. Paylaşım edilərkən #Xəzərgünü #Xəzəribirgəqoyaq #xəzərmüsabiqə həştəqlərindən istifadə olunmalıdır. Qiymətləndirmədə videoya baxış sayı da nəzərə alınacaq;
– Müsabiqə üçün hazırlanmış materiallar 20 sentyabr 2021-ci il tarixinədək [email protected] email ünvanına göndərilməlidir. Email-də müəllifin adı, soyadı, atasının adı, əlaqə vasitəsi qeyd olunmalıdır.
Təqdim olunan işlər aşağıdakı kriteriyalara əsasən seçiləcək:
– Videoçarxın texniki tələb və tövsiyələrə cavab verməsi;
– Mövzulara uyğun problemin və onun həlli yollarının yaradıcı şəkildə təqdim olunması;
– Çağırışların sadə, konkret, orijinal olması.
Müsabiqəyə müraciət üçün son tarix 20 sentyabrdır.
Qeyd etdiyimiz kimi qalibləri pul mükafatı gözləyir:
1-ci yer – 1500 AZN
2-ci yer – 1000 AZN
3-cü yer – 800 AZN