“Xan Lənkəran” FK növbəti dəfə Fırtınalar meydanını çoşduracaq. Bu haqda məlumat “Xan Lənkəran” FK-nın rəsmi İnstagram hesabında paylaşılıb.
10 oktyabr saat 16:00-da keçiriləcək oyun Xəzər Lənkəran Mərkəzi stadionunda baş tutacaq. Bu səfər “Xan Lənkəran” FK-nın yoldaşlıq oyunundaki rəqibi Bakı təmsilçisi olan “Mübariz” FK-dur.
Qeyd edək ki, sonuncu oyun Bakının “Maskovski” FK ilə qarşılaşan “Xan Lənkəran” FK 3 – 0 hesabı ilə qalib gəlmişdir. 26 sentyabr tarixində keçirilən matç zamanı stadionda izləyənlərin sayı 5000 azərkeşə yaxın olub.