SON XƏBƏRLƏR

8 noyabr Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərinin azad olunması münasibəti ilə rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumat Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

1 noyabr tarixindən start verilən müsabiqə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Gənclər 4 noyabr tarixinədək çəkdikləri rəsmlərin foto görüntüsünü 050-637-15-30 whatsapp nömrəsinə və ya [email protected] elekron poçt ünvanına göndərməlidirlər. Rəsmləri göndərən zaman, iştirakçılar müəllifin adı, soyadı, təvəllüdü (təhsil aldığı məktəb) və əlaqə nömrələrini qeyd etməlidirlər.

“Qayıdış və Dirçəliş  rəsm müsabiqəsi”də 12 – 29 yaş arası yeniyetmə və gənclər iştirak edə bilər.

Müsabiqənin qalibləri Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olunacaqlar.