SON XƏBƏRLƏR

“O biri otaq” sosial biznes platformasının təşkilatçılığı ilə xaricdə təhsil ilə bağlı təlim keçiriləcək. Bu haqda məlumat bu gün, 5 yanvar tarixində platformanın rəsmi İnstagram hesabında paylaşılıb.

“Tor coffee shop”-da baş tutacaq təlim 17 yanvar saat 14:00-da Aygün Dadaşova tərəfindən keçiriləcək. İştirak etmək üçün ingilis dili biliyi səviyyəsinin ən azı B1 olması tövsiyyə olunur.

İştirakçılar xaricdə təhsil, mübadilə proqramları, müraciət etmək qaydaları, motivasiya məktubunun yazılma qaydaları və praktikasi haqda məlumatlar alacaqlar. Təlimdə həm nəzəri, həm praktik bacarıqlar əldə ediləcək.

Ödənişsiz keçiriləcək təlimdə qeydiyyatdan keçmək üçün əlaqə nömrəsi: 051 681 68 83