SON XƏBƏRLƏR

Lənkəranda tanınmış yazarların imza günü təşkil ediləcək. Bu haqda bu gün, 22 noyabr tarixində Cenublu.az Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

İmza günü Lənkəranda 2 gün təşkil ediləcək. Yazarlar sevərləri ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində aşağıda qeyd olunmuş tarixlərdə görüşəcəklər:

Elxan Elatlı – 26 noyabr saat 14:00;

Zahid Xəlil – 27 noyabr saat 12:00;

Sevinc Nuruqızı – 27 noyabr saat 12:00.

Qeyd edək ki, kitab sərgisi və yazarlarla görüş Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.