SON XƏBƏRLƏR

Astara rayonunun tanınmış rəssamı Firudin Quliyev 44 günlük “Vətən müharibəsi” münasibətilə çəkdiyi portretləri təqdim edib. Bu haqda məlumatı bu gün, 12 oktyabr tarixində Astara Dövlət Rəsm Qalereyasının rəsmi Facebook səhifəsi verib.

Belə ki, Firudin Quliyev “Ali Baş Komandanla müzəffər ordumuz” və general “Polad Həşimov”-un portretini çəkərək ictimayyətə təqdim edib.

Qeyd edək ki, Firudin Quliyev Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Fəxri mədəniyyət işçisi” və Lüksemburq beynəlxalq yaradıcılıq sertifikatının sahibidir.