Lənkəran Regional Təlim Mərkəzinin əməkdaşları tərəfindən bu gün rayonun Tütəpeştə kəndində, fermerə məxsus sitrus bağında maarifləndirici tədbir təşkil olunub. Bu haqda bu gün, 12 aprel tarixində Cenublu.az Lənkəran Təlim Mərkəzinə istinadən xəbər verir.
“Sitrus bitkilərinin gübrələnməsi, suvarılması və bitki mühafizə tədbirlərinin aparılması” mövzusunda keçirilən görüşdə Lənkəran Regional Təlim Mərkəzinin əməkdaşları, Lənkəran Dövlət Universitetinin Aqronomluq ixtisası üzrə 4-cü kurs tələbələri və sitrusla məşğul olan fermerlərdən ibarət 28 nəfər iştirak etdib.
Mütəxəsisslər tərəfindən mövzu ilə bağlı iştirakçılara yaz aylarında aqrotexniki qulluq işləri, gübrələmə və bitki mühafizə tədbirlərinin vaxtında və düzgün aparılması haqqında ətraflı məlumat verilib. İştirakçılar kənd təsərrüfatında öndə duran ən əsas məsələlərdən biri olan innovativ suvarma, torpaq və su resurslarından səmərəli istifadəyə imkan verən texnologiyalar barədə maarifləndiriliblər.