SON XƏBƏRLƏR

Cənub bölgəsində bir ali təhsil ocağı, bir neçə kollec fəaliyyət göstərsə də, 100-lərlə tələbəni 10-dan çox peşəyə yiyələndirən Lənkəran Peşə Liseyi də öz uğurları ilə diqqət çəkir. Bununla bağlı AzTV reportaj hazırlayıb.

Belə ki, 1969-cu ildə yaradılan peşə liseyi işəgötürən müəssisələrlə əlaqəli şəkildə işləyir. Bu isə regionun əmək bazarının tələblərini öyrənməyə və iş prosesində nəzərə almağa imkan verir. Hazırda liseydə turizm üzrə iaşə mütəxəssisi, fermer, xalçaçı, aşpaz, geniş profilli traktorçu-maşınçı, avtomobillərin təmirçi-çilingəri, qaynaqçı, çilingər-santexnik, mehmanxana inzibatçısı ixtisasları üzrə kadrlar hazırlanır.

Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov: “Bəziləri ali təhsildən sonra müraciət edirlər. Çünki əmək bazarına daxil olmaq üçün peşələr dəyişilir, yenilənir. Bu baxımdan daha çox müxtəlif yaşlardan vətəndaşlar müraciət edirlər. Və burada tədricən xanımların da müxtəlif peşələrə müraciəti çoxalıb”, – deyə o bildirib.

Bu gün əmək bazarındakı dəyişikliklər peşə təhsilinin əhəmiyyətini daha da artırıb. Amma köhnə maddi-texniki baza müasir tələbləri qarşılamağa, yeni ixtisaslar üzrə kadrlar hazırlamağa imkan vermir.

Peşə liseyinin yenidənqurulması bu problemləri aradan qaldıracaq. Tikintiyə 2021-ci ilin iyul ayında başlanılıb. Lisey üçün hər biri 2 və 3 mərtəbəli olmaqla 7 korpus inşa olunur.

Peşə liseyi üçün 100 nəfərlik yataqxana da tikilir. Bundan başqa, müasir tələblərə cavab verən istixana, eləcə də hibrid və elektrik mühərriki ilə çalışan avtomobillərin diaqnostikası laboratoriyası quraşdırılacaq.

Bina yeni tədris ilində müəllimlərin və tələbələrin ixtiyarına veriləcək. Hazırda 300 nəfərin oxuduğu peşə liseyinin yeni korpusları müəllim və tələbələrin istifadəsinə verildikdən sonra burada oxuyanların sayı min nəfərə çatdırılacaq.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü