SON XƏBƏRLƏR

Tələbələr arasında startap layihəsi keçiriləcək. Bu haqda məlumat Təhsil Nazirliyinin rəsmi saytında paylaşılıb.

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılmasıdır.

Cari ilin noyabr-dekabr aylarında tələbələr arasında “EdTech Startap” müsabiqəsi keçiriləcək. Müsabiqədə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak edə bilərlər.

İki mərhələdən ibarət olan layihənin hər mərhələsində qiymətləndirmə olacaq. Sonuncu qiymətləndirmədə 3 qalib komanda elan olunacaq.

10 komandanın iştirak edəcəyi final mərhələsində iştirakçılar öz layihələrini əyani şəkildə təqdim edəcəklər.

Layihədə iştirak etmək istəyənlər  http://edtechstartup.az/ internet səhifəsinə müraciət edə bilərlər.