SON XƏBƏRLƏR

Hamının bildiyi kimi, cənub bölgəsi nəinki ölkəmizdə, həmçinin dünyada öz çayı ilə məşhurdur. Evləri, süfrələri çaysız təsəvvür etmək mümkün deyil.

Bu səbəbdən bu gün əziz və sevimli oxucularımıza çayın faydaları və ziyanları haqda məlumat verəcəyik.

Çaylar istər rənginə və tamına, istərsə də emal olunma üsullarına görə bir-birindən fərqlənir. Çayın dənəciklərinin özünün keyfiyyətli olmasından savayı, onun dəmlənmə prosesi də vacibdir. Əlavə edilən ətirli komponentlər təbii və ya süni ətirləndiricilər ola bilər. Təbii ətirləndiricilərdən olan qurudulmuş meyvələr, çiçəklər, sitrus bitkiləri, kəklikotu, yarpız, darçın, nanə, mixək, itburnu, zəncəfil və digər ətirli bitkilərin yarpaqları və ya ekstraktları orqanizm üçün faydalı hesab edilir. Bu bitkilərin tərkibi zəngin olduğundan müalicəvi xüsusiyyətlərə də malikdir.

Nizami Gəncəvinin qələmindən axan misralarda deyildiyi kimi: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Çayın faydalarının olduğu qədər ziyanları da var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir.

Bəzən çayın hazırlanma prosesində süni ətirləndiricilərdən də istifadə olunur. Bu qatqılar orqanizmə mənfi təsir göstərir, allergik reaksiyaların əmələ gəlməsinə səbəb ola bilir. Buna görə də istehlakçıların qablaşdırma üzərindəki məlumatları diqqətlə oxumaları tövsiyə olunur.

Çayın keyfiyyətli olub-olmadığını müəyyən etmək üçün ətrinə fikir verilməlidir. Unutmayın ki, keyfiyyətli çayın qoxusu mülayim olmalıdır. Qoxunun kəskin olması çayın tərkibindəki ətirləndiricilərin miqdarının çoxluğu ilə əlaqədardır.

Əziz oxucularımızı düşünərək əsl Lənkəran çayının satış məkanları haqda məlumat verəcəyik:

  • Nilado Green – Lənkəran rayonu, İstisu qəsəbəsi
  • Tuado çayı – Məhəmməd Səid Ordubadi küçəsi, “Bazarstore”un yaxınlığı
  • Şah çay – Sütəmurdov kəndi, Çay fabrikinin yaxınlığı
Masallı Rayon İcra Hakimiyyəti
Sport

Masallıda minifutbol turnirinin açılış mərasimi keçirilib

Masallı rayon Sərçuvar kənd stadionunda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında gənclər arasında minifutbol turnirinin açılış mərasimi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı RİH-yə istinadən