SON XƏBƏRLƏR

Səyyar “ASAN” qatarı Lənkərana gələcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində verir.

Belə ki, 2 fevral tarixindən etibarən səyyar “ASAN” qatarı Lənkəran şəhəri, Həzi Aslanov xiyabanı, Lənkəran Dəmiryol stansiyasında sakinlərə xidmət göstərəcək.

Səyyar “ASAN xidmət”də sənəd qəbulu həftəiçi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək), hazır sənədin verilməsi isə həftəiçi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Qeyd edək ki, səyyar xidmət Lənkəranda 24 gün, yəni 25 fevraladək fəaliyyət götərəcək.