SON XƏBƏRLƏR

“O biri otaq” sosial platforması Lənkəranda növbəti şahmat turniri təşkil edəcək. Bu haqda bu gün, 30 noyabr tarixində Cenublu.az platformanın İnstagram hesabına istinadən xəbər verir.

4 dekabr saat 11:00-da ard-arda iki şahmat tədbiri baş tutacaq. Şənbə günü ustad dərsi, bazar günü isə ənənəvi turnir keçiriləcək. Dövrəvi sistem üzrə baş tutacaq yarışda qalibləri pul mükafatı gözləyir.

3 dekabr tarixində təşkil olunacaq ustad dərsi ödənişsizdir, 4 dekabr tarixində baş tutacaq turnirə giriş üçün isə 3 manat tələb olunur.

Qeydiyyat üçün: 050 531 92 94 ; 051 568 44 41