SON XƏBƏRLƏR

Menecementdə motivasiya və rəhbərlik üslublarını daha dərindən öyrənmək istəyən sahibkarlar üçün ödənişsiz təlim keçiriləcək. Bu haqda Lənkəran KOB İnkişaf Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

16 oktyabr saat 10:00-da baş tutacaq görüşün təlimçisi ekspert Həsən Rəhimli olacaq. Təlimçi görüş zamanı “Menecementdə motivasiya və rəhbərlik üslubları” mövzusuna aid olan aşağıdakı amillərdən danışacaq:

  • İşçilərin və istehlakçıların davranış motivləri;
  • Motivasiyanın mahiyyəti və xüsusiyyətləri;
  • İşçilərin motivasiyasının yüksəldilməsi yolları;
  • Təşkilatların idarə edilməsi mexanizmi;
  • Təşkilat rəhbərlərinin heyəti idarə etmə metodları;
  • Rəhbərlik üslublarının müqayisəsi və situasiyaya uyğun optimal üslubun seçilməsi yolları.

Təlimdə iştirak etmək istəyənlər (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya bir başa keçid linkindən qeydiyyatdan keçə bilərlər: https://forms.gle/wWMqsUN8sGsotiHj6

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.