28 oktyabr – 26 noyabr tarixlərində səyyar “ASAN xidmət” Astarada olacaq. Bu haqda məlumatı bu gün, 14 oktyabr tarixində Cenublu.az verir.
Belə ki, 30 gün müddətində Astarada olacaq səyyar “ASAN xidmət” vətəndaşlara aşağıdakı xidmətləri göstərəcək:
- Tərcümə xidməti;
- Tibb xidməti;
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
- Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Notariat fəaliyyəti.
Qeyd edək ki, səyyar “ASAN xidmət” avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək), hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.