SON XƏBƏRLƏR

Lənkəranda həftəsonları təşkil olunan film gecələri qaldığı yerdən davam edir. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.

“O biri otaq”ın təşkilatçılığı ilə keçirilən film gecəsində bu həftə “Red Notice” filmi nümayiş olunacaq. Tədbir 15 yanvar saat 15:00-da “Tor coffee shop”da keçiriləcək. Kinoya baxmaq istəyənlər bilet üçün 3 manat ödəniş etməlidirlər.

Qonaqlara “O biri otaq” tərəfindən popkorn və kola hədiyyə olunacaq.