Cəlilabad rayon icra başçısının keçirəcəyi səyyar qəbulların qrafiki bəlli olub. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov vətəndaşlarla görüşəcək. Dekabr ayında icra başçısı aşağıda qeyd olunan tarixlərdə sakinləri qəbul edəcək:
- Günəşli kəndi, Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası – 06.12.2022, saat 15:00;
- Uzuntəpə kəndi, Uzuntəpə kənd mədəniyyət evinin binası – 08.12.2022, saat 15:00;
- Göytəpə şəhəri, Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası – 13.12.2022, saat 15:00;
- Alar kəndi, Alar kənd 1 nömrəli tam orta məktəbin binası – 15.12.2022, saat 15:00.