SON XƏBƏRLƏR

26 sentyabr Qızılağac Milli Parkının yaradılmasının üç ili münasibəti ilə “Açıq qapı” günü keçiriləcək. Bu haqda məlumatı bu gün, 24 sentyabr tarixində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova verir.

Belə ki, ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkına bu tarixdə giriş ziyarətçilər üçün pulsuz olacaq.

Qeyd edək ki, Lənkəran, Masallı və Neftçala rayonlarını əhatə edən Qızılağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə yaradılıb.