SON XƏBƏRLƏR

Masallı Bioloji Təbabət klinikasında bud-çanaq və diz oynağının endoprotez əməliyyatları İcbari Tibbi Sığorta ilə tam ödənişsiz icra edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

Belə ki, regionda yaşayan, oynaq xəstəliklərindən əziyyət çəkən vətəndaşlar bir sıra hallarda endoprotez əməliyyatının ağır və bahalı olmasına görə bu əməliyyatlara getməkdə çətinlik çəkirdilər. Bu isə gələcəkdə daha ciddi fəsadlara, hətta xəstəni ömürlük şikəst olmağa qədər apara bilirdi.

Artıq bu problemlərə görə narahat olmağa dəyməz.

Oynaq xəstəliyindən əziyyət çəkənlər artıq Bakı şəhərinə və xarici ölkələrə getmədən İcbari Tibbi Sığorta ilə Endoprotezləşdirmə əməliyyatı üçün Masallı Bioloji Təbabət klinikasına müraciət edə bilərlər.

Bu əməliyyatlar Masallı Bioloji Təbabət klinikasında İcbari Tibbi Sığorta ilə tamamilə ödənişsiz qaydada həyata keçirilir.

Cənub regionunda pasiyentlərin sağlamlığı və yüksək həyat keyfiyyəti naminə atılan bu addım İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Bioloji Təbabət klinikası arasında dövlət-özəl tərəfdaşlığı modelində növbəti uğurlu nümunədir.