SON XƏBƏRLƏR

Lənkəran gəncləri üçün “Proqramlaşdırma sahəsində peşə hazırlığı kurslarına təqaüd proqramı”na start verilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

7 ay davam edəcək proqram iştirakçılara 3 komponentli modelə əsaslanan unikal təhsil modeli vəd edir.

Təqaüd proqramı ilə siz:

  • Proqramlaşdırma sahəsində yeni bacarıqlar;
  • Praktiki bacarıqların gücləndirilməsi;
  • Şəbəkələşmə imkanı;
  • Mütəxəssislər tərəfindən karyera üzrə kouçinq imkanı əldə etmiş olacaqsınız.

Layihənin keçirilməsində məqsəd gəncləri təməl rəqəmsal savadlılıq və proqramlaşdırma bacarıqları ilə gücləndirmək, bununla da onların məşğulluq imkanlarını artırmaqdır.

Təqaüd proqramına qeydiyyat üçün link.