SON XƏBƏRLƏR

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2022-2023-cü tədris ili üçün Lənkəran və Masallıda yaşayan və tələb edilən bacarıqlara sahib “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulunu elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində verir.

Belə ki, Lənkəran şəhər Virəvul kənd 2 saylı və Masallı rayonu 4 saylı Digah kənd tam orta məktəblərinə ali təhsilli, minimum 2 il iş təcrübəsi, Azərbaycan dilində səlis danışıq qabiliyyəti, layihə idarə olunmasında təcrübə, ofis proqramları və sosial şəbəkələrdə işləmə, ünsiyyət və kollektiv ilə işləmə bacarığı olanlar axtarılır. Müraciət üçün son tarix 31 iyuldur.

İşə müraciət üçün qeyd edilən linkə daxil olaraq anketi doldurmaq lazımdır – https://forms.gle/16b7K98D5yVVMA8YA

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibələrdən keçərək işə qəbul edilmiş şəxslər 2022-ci il, sentyabr ayından iş fəaliyyətinə başlayacaqlar.

 

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü