SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera mərkəzinin Lənkəran nümayəndiliyinin təşkilatçılığı ilə keçirilən “Payız kuboku” turniri başa çatıb. Bu haqda mərkəzin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Breyn-rinq intellektual oyunu formatında keçirilən turnirin final mərhələsində  “Greentown’s people” və “ATMOS” komandaları qarşılaşıb. Həlledici sualı düzgün cavablandıran “ATMOS” komandası çempion olmuşdur.

Tədbir həmçinin Lənkəran Regional Mədəniyyət İdarəsi, “Maximum Education & Consulting” və “Lənkəran Klubu”nun birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında keçirilib.

Turnirin keçirilmə prosesində pandemiya şəraiti nəzərə alınmışdır.

Çempionatın qalib komandaları kubok, medal və diplom ilə təltif olunublar.

“Payız kuboku”nun keçirildiyi tarix və şərtlər haqda məlumatı Cenublu.az dərc etmişdir.