“Payız gözəlliyi” mövzusunda keçirilən müsabiqənin qalibləri müəyyən olunub. Bu haqda bu gün, 3 dekabr tarixində Astara Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
24 noyabr və 3 dekabr aralığında baş tutmuş müsabiqədə 17 nəfər iştirak edib. Fotomüsabiqənin şəkilləri “WhatsApp” vasitəsi ilə idarəyə göndərilib. Təqdim olunan fotolar Astara RGİİ-nin münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
I yerə İsmayılzadə İqbal Vüqar oğlu (Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi), II yerə Dədəyev Elvin Rüfət oğlu (Astara Pedaqoji Kollecinin II kurs tələbəsi) və III yerə Talıbzadə Emilya Muhiddin qızı (APK-nin III kurs tələbəsi) layiq görülüblər.
Təltifetmə mərasimi idarə tərəfindən seçilmiş gündə keçiriləcək.