Güləş dedikdə Azərbaycanda ağıla ilk gələn Astara pəhləvanları olurlar. Azərbaycanı beynəlxalq arenalarda daim zirvələrə ucaldan güləşçilər də məhz astaralı güləşçilərdir.
Bu güləşçilərin siyahısına tataminin əfsanəsi olan Cəbrayıl Həsənov, gənc və perspektivli idmançılarımız Əliabbas Rzazadə, Musa Ağayev, Ramik Heybətov və digərlərini əlavə etmək olar.
Hazırda isə tədris ilinin sonuna doğru yaxınlaşırıq. Övladlarımızın yay tətilində vaxtının səmərəli keçməsi, tanınmış güləşçilər kimi uğur qazanması və ən əsası da sağlam həyat tərzi keçirmələri üçün əziz valideynlərə Astarada tədris olunan sərbəst güləş dərsləri haqda məlumat vermək istərdik.
Güləşçilərin ocağı olan Astara Olimpiya İdman Kompleksində sərbəst güləş dərsləri keçirilir. Dərslər, bazar günü istisna olmaqla, hər gün təşkil olunur. Kompleksdə:
- Bazarertəsi, çərşənbə və cümə günləri saat 15:00-dan 17:00-a kimi;
- Çərşənbə axşamı, cümə axşamı və şənbə günləri saat 15:00-dan 17:00-a kimi sərbəst güləş dərsləri tədris olunur.
Həftənin tək günləri dərslər Nizami Ağayev tərəfindən, cüt günləri isə Loğman Ağayev tərəfindən keçirilir.
Əgər siz də uşaqlarınızın sağlam həyat tərzinə yiyələnmələrini istəyirsinizsə, aşağıda qeyd olunan nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz:
- Nizami Ağayev – 050 571 19 71;
- Loğman Ağayev – 051 591 23 52.
Əziz izləyicilərimiz, biz məqalədə tanıdığımız müəllimlər haqda məlumat vermişik. Əgər siz də Astarada fəaliyyət göstərən ustadları tanıyırsınızsa, şərh bölməsində qeyd edə bilərsiniz.