SON XƏBƏRLƏR

Lənkəran və Masallıda iki təhsil ocağının lisey kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin və Masallı şəhər “Dəfinə” məktəb-liseyinin növbəti tədris ilindən etibarən texniki-riyaziyyat təmayüllü lisey kimi fəaliyyət göstərməsi planlaşdırılır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müvafiq əmri ilə qeyd edilən məktəblər üzrə 2023-2024-cü tədris ili üçün 5, 6, 7, 8-ci siniflərə şagird qəbulu “sy.edu.az” saytı üzərindən onlayn qaydada şəxsi kabinet yaratmaqla həyata keçiriləcək.

Qeydiyyatın 12 may 2023-cü il tarixindən etibarən aparılması nəzərdə tutulub.

Hörmətli valideynlər, yuxarıda qeyd edilən ümumi təhsil müəssisələri üzrə nəzərdə tutulmuş siniflərə qəbul olmaq üçün məlumatı nəzərə almağınız xahiş olunur.