Masallıda “Onu zaman seçmişdir” adlı breyn-rinq intellektual bilik yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan yarışmada 6 komanda iştirak edib:
- I yerə Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin “Zəfər” komandası;
- II yerə Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin “Forte” komandası;
- III yerə “Piano” komandası layiq görülüb.
Yekunda qaliblərə təşkilatçılar tərəfindən fəxri fərmanlar təqdim olunub.