SON XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlığı ilə “Tor coffee shop”da gənclərlə görüş baş tutacaq. Bu haqda bu gün, 27 aprel tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.

Görüş 30 aprel saat 16:00-da keçiriləcək. Həvəskar və gənc şairlərlə görüşdə, həmçinin Lənkəran Yazıçılar Birliyinin üzvləri də çıxış edəcəklər.

Bu görüşdə öz şeirlərinizi oxumaq və ya izləyici kimi qoşulmaq istəyirsinizsə, 050 531 92 94 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.