SON XƏBƏRLƏR

Lənkəranda həvəskar şahmatçılar üçün turnir keçiriləcək. Bu haqda bu gün, 15 dekabr tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.

18 dekabr saat 11:00-da sosial platformanın fəaliyyət göstərdiyi “Top coffee shop”da şahmat turnirinə start veriləcək. Turnirdə iştirak haqqı 3 manat təşkil edir. Qeydiyyat üçün: 050 531 92 94 ; 051 568 44 41.

Qeyd edək ki, “O biri otaq” hər həftə tematik turnirlər təşkil edərək, gənclər üçün maraqlı tədbirlər təşkil edir.